USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Araz hidrolayihələri Azərbaycanla İran arasında əməkdaşlıq körpüsüdür


https://img.baki-baku.az/news/2024/03/photo_11702.jpg

Xəbər verildiyi kimi, martın 14-də Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov İrana səfər edib. Səfərdə məqsəd iki ölkə arasında energetika sahəsində əməkdaşlığın inkişafı, eləcə də infrastruktur layihələrinin icra vəziyyəti ilə bağlı müzakirələr aparmaqdan ibarətdir. 

Səfər çərçivəsində Araz çayı üzə­rində inşa olunan “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının inşa olunduğu ərazilərə baş çəkilib, layihə üzrə görülən işlərə diqqət yetirilib. Azərbaycanın energetika naziri Pər­viz Şahbazov “X” sosial şəbəkəsində­ki hesabında bununla bağlı paylaşım edib. “Tehranda həmkarım Əli Əkbər Mehrabian ilə iki ölkənin enerji əmək­daşlığının inkişafı ilə bağlı məhdud və geniş tərkibdə səmərəli görüşümüz oldu. “Xudafərin” və “Qız Qalası” hid­roqovsaqları və su elektrik stansiyası­ları, “Ordubad” SES layihələrinin icra­sı, Azərbaycan, İran və Rusiya enerji körpüsünün yaradılması, elektrik enerjisinin mübadiləsi, tranziti, habelə tarixi Xudafərin körpüsünün bərpası məsələlərini müzakirə etdik”, – deyə nazir qeyd edib.

Energetika Nazirliyinin bununla bağlı yaydığı məlumatda isə bildirilir ki, məhdud və geniş tərkibdə keçirilən görüşlərdə iki ölkə arasında elektroe­nergetika sahəsində aktual əməkdaş­lıq məsələləri müzakirə edilib. Nazir­lər Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi layihə­sinin icra vəziyyəti, həmçinin birgə texniki komissiya və işçi qrupu çərçi­vəsində həyata keçirilən proseslərə dair fikir mübadiləsi aparıblar. 

Görüşlər zamanı hidroqovşaqlar üzrə işlərin tamamlanma mərhələsin­də olmasından məmnunluq ifadə edi­lib, tezliklə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının açılış mərasiminin keçiriləcəyi bildirilib. Bununla yanaşı, elektrik stansiyalarının inşası ilə bağlı məsələlərin tezləşdirilməsinin vacib­liyi vurğulanıb, prosesin sürətləndiril­məsi razılaşdırılıb. Su ehtiyatlarından istifadə, həmçinin tarixi “Xudafərin” körpülərinin bərpası, qorunması və saxlanması üzrə İran tərəfi ilə birgə tədbirlərlə bağlı məsələlər müzakirə edilib.

Nazirlər Araz çayı üzərində 36 meqavat gücündə Ordubad Su Elekt­rik Stansiyasının inşasını sürətləndir­mək məqsədilə lazımi tədbirlərin gö­rülməsi, həmçinin Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin əlaqələndirilməsi üzrə əməkdaşlığın hazırkı vəziyyətini nəzərdən keçirib­lər. Bununla bağlı yaxın zamanlarda üçtərəfli görüşün keçirilməsi qərara alınıb. Söhbət zamanı elektrik ener­jisinin mübadiləsi, həmçinin tranziti üzrə əməkdaşlığın genişləndirilmə­si də müzakirə olunub. Əməkdaşlıq gündəliyində olan prioritet layihələrin inkişafı istiqamətində qarşılıqlı səylə­rin gücləndirilməsi razılaşdırılıb.

Yeri gəlmişkən, “Xudafərin” və “Qız Qalası” layihələri ilə bağlı ilkin layihələndirmə işlərinə keçmiş SSRİ dövründən başlanılıb. Uzun müd­dət aparılmış müzakirələrdən sonra 1991-ci ildə yekun texniki layihə ha­zırlanıb. Bir il sonra isə tikinti işlərinə başlanılıb, ancaq ərazilərin işğalı səbəbindən işlər dayandırılıb. 1996-1997-ci illərdən başlayaraq, ikitərəfli razılaşma əsasında hər iki hidroqov­şaq üzrə tikinti işləri İran İslam Res­publikasının müvafiq şirkətləri tərəfin­dən davam etdirilib. 

Nəhayət, 2016-cı ildə “Azərbay­can Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasın­da Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, ener­getika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Saziş imzalanıb. Sözügedən saziş hazırda layihələrin icrası prosesində əsas tənzimləyici sənəd statusunu daşıyır. Sənədə əsasən, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdi­rilməsi və istismarı ilə əlaqədar müş­tərək fəaliyyət göstərilməsi məqsədilə birgə texniki komissiya yaradılıb. Bu komissiyanın fəaliyyəti üzrə Azər­baycan tərəfindən səlahiyyətli orqan Azərbaycan Respublikasının Ener­getika Nazirliyi müəyyən edilib. Birgə texniki komissiyaya həvalə edilmiş tapşırıqların icrası məqsədilə işçi qrupları da yaradılıb. 

Qeyd edək ki, Araz çayı üzərindəki “Xudafərin” SES-in ümumi gücü 200 meqavat (100 meqavat Azərbaycan tərəfinin payına düşür), “Qız Qalası” SES-in ümumi gücü isə 80 meqavat­dır (40 meqavat Azərbaycan tərəfinin payına düşür). Hər iki SES-də ildə, ümumilikdə, 716 milyon kilovat-saat (358 milyon kilovat-saat Azərbaycan tərəfinin payına düşür) elektrik ener­jisinin istehsalı planlaşdırılır. 

1,6 milyard kubmetrdən çox sututu­muna malik “Xudafərin” və “Qız Qala­sı” hidroqovşaqları və ümumi qoyuluş gücü 280 meqavat olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatların­dan hər iki tərəfin birgə istifadəsinə im­kanlar yaradır. Həmin layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, la­yihələrin reallaşması Azərbaycana illik 358 milyon kilovat-saat elektrik enerji­si istehsalı, eləcə də mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq.

Araz çayı üzərində inşa olunan “Ordubad” Su Elektrik Stansiyası la­yihəsi də Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əldə edilmiş qarşılıqlı razılaşmaya əsasən icra olunur. Gücü 36 meqavat olan su elektrik stansiyasında tikinti işləri çərçivəsində 235 metr uzunluğunda bəndin və tutumu 1,5 milyon kubmetr olan su anbarının yaradılması, həmçi­nin 12 kilometrlik derivasiya kanalının çəkilməsi nəzərdə tutulur. Bununla yanaşı, stansiyada tənzimləyici bənd, saniyədə 126 kubmetr su ötürmək gü­cünə malik olan suqəbuledici qurğu, çökdürmə hovuzu, stansiya binası və transformator yarımstansiyası quraş­dırılacaq.

Qeyd etdiyimiz kimi, energetika naziri Pərviz Şahbazovun iranlı həm­karı ilə keçirdiyi görüşlər zamanı “Xu­dafərin” körpülərinin bərpası, qorun­ması və saxlanması tədbirləri ilə bağlı məsələlər də müzakirə edilib. Xatırla­daq ki, 2022-ci ilin martın 11-də Bakı ilə Tehran arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zən­gəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yara­dılması haqqında Anlaşma Memo­randumu imzalanıb. İki ölkə arasında əldə olunmuş razılaşmaya əsasən, Xudafərin körpülərinin bərpası Şərqi Zəngəzurdan Naxçıvana alternativ yolun açılmasına imkan yaradacaq. 

Mirbağır YAQUBZADƏ




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət

Mirbağır YAQUBZADƏ