USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Euronews” saytı Azərbaycanın qarlı dağlarından yazıb


https://img.baki-baku.az/news/2023/12/photo_10287.jpg

“Euronews” saytında (euronews.com) “Azərbaycanın qarla örtülmüş dağlarının kəşfi” sərlövhəli məqalə dərc olunub.

Məqalədə qeyd olunub ki, Azərbaycanın qarla örtülmüş dağlarında xizəkçilik mövsümü adətən dekabrdan mart ayına qədər davam edir. Burada insanlar təkcə xizək sürməklə kifayətlənməyib, qarda piyada gəzə, at sürə, paraşütlə tullana bilərlər. Əsasən ən böyük dağ-xizək kurortlarının Şahdağ, Tufandağ və Ağbulaq olduğu bildirilən materialda Azərbaycanın turizm mərkəzli infrastruktura böyük sərmayə qoyması xüsusilə qeyd olunub. Bakıdan avtomobillə təxminən üç saatlıq məsafədə, 2500 metr yüksəklikdə yerləşən Qafqazın ən böyük dağ-xizək kurortu olan “Şahdağ” kurortundan (Şahdağ Turizm Mərkəzi) geniş bəhs edilən yazıda, həmçinin həm yay, həm də qış üçün qapalı hovuzu, idman zalı və saunası olan otelləri ilə bağlı məlumatlar yer alıb.

Məqalədə Şahdağın yaxınlığında yerləşən, qışda şəlalələri buz bağlayan Laza kəndindən də bəhs edilib. Şahdağ dağının digər tərəfində Qəbələ Beynəlxalq Hava Limanına yaxın məsafədə yerləşən “Tufandağ” kurortunun təbiət və mədəniyyət baxımından maraqlı dağ-xizək kurortu olması qeyd olunub. Həmçinin bildirilib ki, burada istirahət edənlər vaxtilə “İpək yolu” boyunca əsas ticarət mərkəzi olan Qəbələnin qədim qala divarlarını, tarixi muzeylərini, Qəbələnin cənubunda vaşaq, çaqqal, çöl donuzu, cüyür, hətta qonur ayı və digər heyvanların da olduğu Şahdağ Milli Parkını da ziyarət edə bilərlər. Məqalədə qeyd olunur: “Kiçik Qafqaz dağlarında dəniz səviyyəsindən 2 000 metr hündürlükdə yerləşən Ağbulaq Xizək Mərkəzi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanda yerləşir. Burada xizək sürməyi öyrənmək istəyənlər üçün gözəl şərait yaradılıb. Naxçıvanda XVIII əsrdə tikilmiş və hazırda muzey kimi fəaliyyət göstərən Naxçıvan Xan Sarayı, eramızdan əvvəl dördüncü minillikdən bəri mövcud olan Nuh Peyğəmbər türbəsi buraya gələn turistlər tərəfindən maraqla qarşılanır”.

Sonda azərbaycanlıların qonaqlara sonsuz qayğı və diqqətlə yanaşması, bu ölkədə keçirilən hər günün ləzzətli şirniyyatlarla və ətirli çayla böyük həzz gətirəcəyi bildirilib.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət

Maraqlı