USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistanın yeni Qərb macəraçılığı yaxşı sonluqla bitməyə bilər


https://img.baki-baku.az/news/2024/03/photo_11730.jpg

Ermənistan rəhbərliyi Cənubi Qafqazda təhlükəli geostrateji oyunlara girmək istəyir. Bir sıra Qərb siyasi instutları tərəfindən yönləndirilən Ermənistan hakimiyyəti unudur ki, onların yeni Qərb macəraçılığı heç də yaxşı sonluqla bitməyə bilər. Bu günlərədə İrəvanla Avropa İttifaqı arasında Azərbaycanla sərhəddə AB-nin mülki müşahidə missiyasının statusu haqqında razılaşmanı ratifikasiya etməsi və missiya iştirakçılarının sayının 138-dən 209 nəfərə qədər artırılması bunu deməyə əsas verir.

Bu fikirləri Milli Fikir və İnkişaf Mərkəzinin sədri Anar Turan bildirib. O qeyd edib ki, bu əslində, Paşinyan hakimiyyətinin parlament vasitəsilə ABŞ və Avropa İttifaqından dəstək almaq cəhdi kimi qiymətləndirilməlidir. Ermənistan baş naziri Rusiya Qərb arasında ikili oyun oynasa da, özünü birbaşa hədəfə gətirmək istəmədiyindən parlament vasitəsilə bu addımı atır. Bəs bu missiyanın məqsədi nədir ? Əslində məqsəd aydındır. Müşahidə adı altında regiondakı məlumatları toplamaq, ölkələr arasında münasibətlərə xələl gətirmək, Rusiya, İran, Türkiyə və Azərbaycan arasında olan münasibətləri izləmək və inkilafını ləngitmək, Ermənistanla-Azərbaycan arasında mövcud sülh perspektivinə xələ gətirmək. Əlbəttə, Avropa İttifaqının müşahidə missiyasında müşahidədən daha çox intriqaları kəskinləşdirmək yolu tutulacağı heç kəsdə şübhə doğurmur.

QHT sədri əlavə edib ki, Ermənistan bu avantürist xəyallardan əl çəkməlidir. Çünki bu ölkənin son illər belə xəyalpərəst layihələrin arxasınca gedərək hansı uğursuzluqlarla üzləşdiyini erməni cəmiyyəti də gördü. Bu baxımdan, regionda sülhə təhlükə törədə biləcək istənilən təhrikedici addımdan və missiyadan geri çəkilmək ilk növbədə Ermənistana fayda verə bilər. Bu missiyaların hansı maraqlar baxımından hərəkət etməsini və Ermənistanı hansı məhrumiyyətlərə apara biləcəyini Paşinyan iqtidarı ciddi düşünməlidir.

Rizvan Fikrətoğlu




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət

Daxili siyasət