USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Maskalar yırtılır, paktlar üzə çıxır

Brüssel və Vaşinqton Ermənistanı odlu məngənəyə salmağa hazırlaşır 


https://img.baki-baku.az/news/2024/03/photo_11745.jpg

Artıq birmənalı şəkildə demək olar ki, “daşlar ölkəsi” Hayastan müstəqil dövlət deyil. İndi Ermənistan hakimiyyəti Avropaya, bununla paralel olaraq oke­anın o tayına özünü müstəmləkə kimi təklif etməyə girişib. Son vaxtlar onun Avropa İttifaqı və Ağ evlə intensivləşən əlaqələrinə məhz bu prizmadan yanaş­maq lazımdır.

İrəvan bu yolla nəyəsə nail olacağına, itirilmək təhlükəsi ilə üzləşdiyi mövcudlu­ğuna dayaq mənbələri tapacağına ümid edir. Amma görünən odur ki, aprelin 5-də rəsmi İrəvan öz ölkəsini “səmimi-qəlbdən” Vaşinqton və Brüsselin ortaq “hərracına” çıxaracaq. Praqmatik hay ekspertləri he­sab edirlər ki, Paşinyan bununla ölkəni Rusiya ilə Qərb arasında döyüş meyda­nına çevirəcək.

Artıq birmənalı şəkildə demək olar ki, “daşlar ölkəsi” Hayastan müstəqil dövlət deyil. İndi Ermənistan hakimiyyəti Avro­paya, bununla paralel olaraq okeanın o tayına özünü müstəmləkə kimi təklif et­məyə girişib. Son vaxtlar onun Avropa İt­tifaqı və Ağ evlə intensivləşən əlaqələrinə məhz bu prizmadan yanaşmaq lazımdır. İrəvan bu yolla nəyəsə nail olacağına, itirilmək təhlükəsi ilə üzləşdiyi mövcudlu­ğuna dayaq mənbələri tapacağına ümid edir. Amma görünən odur ki, aprelin 5-də rəsmi İrəvan öz ölkəsini “səmimi-qəlbdən” Vaşinqton və Brüsselin ortaq “hərracına” çıxaracaq. Praqmatik hay ekspertləri he­sab edirlər ki, Paşinyan bununla ölkəni Rusiya ilə Qərb arasında döyüş meyda­nına çevirəcək.

Ermənistan hakimiyyəti illüziyaya qapılır 

Aprelin 5-də baş nazir Nikol Paşin­yanın Brüsseldə Avropa Komissiyası­nın sədri Ursula fon der Lyayen və ABŞ Dövlət katibi Antoni Blinkenlə nəzərdə tutulan görüşünün yekunu kimi Ermə­nistana təhlükəsizlik zəmanəti verəcək paktın imzalanacağı gözlənilir. Üçtərəfli görüşlə bağlı sızan məlumatlara görə, bu pakt Ağ ev və Brüsselin vasitəçiliyi ilə Ukrayna ilə Böyük Britaniya, Fran­sa, Almaniya və digər ölkələr arasında imzalanan ikitərəfli sazişlərin analoqu olmalıdır. Burada söhbət, faktiki olaraq, hərbi paktdan gedir. İmzalanacaq paktın təkcə Azərbaycana deyil, ümumilikdə, region ölkələrinə qarşı yönələcəyini in­didən söyləmək olar. ABŞ-nin və Avro­panın məqsədi Cənubi Qafqazda yeni­dən hərbi qarşıdurma yaratmaq, bölgə ölkələrini qeyri-sabitlik və fəlakət burul­ğanına sürükləmək, burada ikinci Uk­rayna ssenarisi reallaşdırmaq, Rusiyaya qarşı daha bir cəbhəni açmaqdir. Əgər “üçlər”in bu planı reallaşarsa, o zaman Cənubi Qafqazda geosiyasi hadisələrin sürətlə inkişaf edəcəyini əminliklə proq­nozlaşdırmaq mümkündür. 

Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın qarşıdakı gö­rüşlə bağlı “tədbir Ermənistanın müqa­vimətini gücləndirmək məqsədi daşıyır” fikrinə də bu kontekstdə yanaşmaq la­zımdır. Digər bir məlumata görə, konf­ransda Lyayen, Blinken və Paşinyan Qarabağı tərk etmiş ermənilərin geri dönmələri məsələsini də müzakirə edə­cəklər. Üçlərin konfransı və onun proq­nozlaşdırılan nəticələri Azərbaycana qarşı hərbi təzyiqin, müdaxilə planının tərkib hissəsi olmaqla, həm də İrəvanı revanşa şirnikləndirmək planıdır. 

2024-cü il aprelin 5-də Brüsseldə keçiriləcək Aİ–Ermənistan–ABŞ birgə konfransı ilə bağlı yerli medianın sual­larını cavablandıran Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, bu tədbir açıq şə­kildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır: “Konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan qarşılıqlı etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölü­cü xətlər və “təsir dairələri” yaradır”.

XİN rəsmisinin açıqlamasında, həm­çinin qeyd olunub ki, “Ermənistandakı revanşist əhval-ruhiyyə fonunda Vaşinq­ton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənista­nın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin İrəvanı dəstəkləyəcəyinə dair təhlükəli illüziya yarada bilər”.

XİN-in məlumatında daha sonra de­yilir ki, bu halda Aİ və ABŞ Ermənista­nın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcək­lər: “Beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhə, sa­bitliyə və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandığı bir zamanda biz bir daha bütün tərəfləri sülh səylərinə əks təsir göstərən və regionda yeni es­kalasiya və gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə ça­ğırırıq”.

Şimaldan və Cənubdan gözlənilən “şapalaqlar” 

Mövzu ilə bağlı “XQ”-yə açıqlama verən Milli Məclisin deputatı, polito­loq Rasim Musabəyov hesab edir ki, indiki şəraitdə nə Avropa İttifaqı, nə də ABŞ Ermənistana təhlükəsizliklə bağlı təminat verə bilməzlər: “Çünki onların səfirlərdən və müşahidəçilərdən başqa İrəvanda mövcudluğundan danışmaq olmaz. Bu ölkədə heç bir kommunika­siyaya da malik deyillər. Amma Ermə­nistanın sərhədlərini rus hərbçiləri qoru­yurlar. O tərəfdə isə İran dayanıb. Buna görə Brüsselin və Vaşinqtonun İrəvana nəsə verəcəyi və onun Bakı ilə ayaqlaşa biləcəyini demək absurddur. Belə bir şey mümkün deyil. Onların edə biləcəkləri maksimum Paşinyana verə biləcəkləri siyasi dəstəkdir. Bəlkə müəyyən miqdar­da maliyyə yardımı da göstərə bilərlər. Əsas məqsəd Rusiyaya arxa çevirmiş Ermənistan hakimiyyətinin bu səbəbdən keçirdiyi qorxu hissindən azad etməkdir. Aİ və Ağ evin bu xarakterli dəstəyi İrə­vanı Rusiyanın təsir dairəsindən çıxar­mağa yönəlib. Bu zaman Azərbaycana nəsə etmək imkanları belə yoxdur”.

Paşinyan iqtidarının qibləsini Avro­paya dəyişməsində təəccüblü heç nə görmədiyini qeyd edən deputat bunun Azərbaycan üçün heç bir təhlükəyə səbəb olmayacağını birmənalı şəkil­də vurğulayır: “NATO üzvü və Aİ üzv­lüyünə namizəd Türkiyə bizim strateji müttəfiqimiz, Şimali Atlantika alyansına daxil olmaq arzusunu bəyan edən, Aİ-yə hazırlaşan Gürcüstan isə müttəfiqi­mizdir. Ən azı buna görə Azərbaycan üçün hər hansı problem yarana bilməz. Ermənistanın Qərbə meyillənməsi bizi narahat etməməlidir. Soyuqqanlı ol­malıyıq. Amma ermənipərəst ölkələrin dəstəyindən şirniklənən rəsmi İrəvan sülh danışıqlarında sağlam mövqedən yayınacaqsa, onu başa salmağa hər cür imkanımız var. Əslində, Azərbaycanın müdaxiləsi olmadan Ermənistan Rusiya və İrandan tutarlı “şapalaqlar” yeyəcək. 

Bəli, Şimal–Cənub məngənəyə sa­lınmaq üşün hazırlanan Ermənistan bunun hansı fəsadlara aparıb çıxaraca­ğının fərqində deyil. Altı il bundan əvvəl onu hakimiyyətə gətirənlərə “sadiqliyini” nümayiş etdirmək üçün fürsət axtaran N.Paşinyan, daxili və xarici təzyiqlərə, üstünə yeriyən müxalif ordunun hücum­larına baxmayaraq, bugünədək hakimiy­yətdə qalmasına görə, əlbəttə ki, məhz Qərbə, ABŞ-a minnətdar olmalıdır. Həm də ona görə kürsüsünü tərk etməyib ki, həmin “daydayı”ların Paşinyanla bağlı planları hələ başa çatmayıb. 

Bütün görünən və görünməyən sə­bəblər onu deməyə əsas verir ki, ABŞ rəsmiləri Bakı və İrəvan arasında bir­başa dialoq, davamlı sülhlə bağlı bəya­natlarında sonadək səmimi deyillər. Axı, qonşular arasında uzunmüddətli sülh tə­min olunacağı təqdirdə ABŞ-nin regiona təsir imkanları xeyli azalacaq. Bölgədə sabitlik, ümumiyyətlə, kənar aktorların vasitəçiliyinə, üçüncü tərəfə ehtiyacı aradan qaldıracaq. Bunu yaxşı anlayan Ağ ev hərdən varlığını xatırlatmaqdan ötrü “mən də burdayam” ismarıcını verir və bundan daha əhəmiyyətlisi, Rusiya­nın Cənubi Qafqazda əvvəlki kimi “at oynatmasına” imkan verməməyə çalışır.

Elə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin 5 aprel görüşü­nü şərh etməkdən boyun qaçırmasına da bu prizmadan baxmaq lazımdır. M.Miller Brüssel konfransı barədə ətraflı danışmayacağını bildirib: “Ancaq demək istəyirəm ki, bizim Ermənistan və Azər­baycan hökumətləri ilə qarşılıqlı əlaqə­də məqsədimiz ortadakı fikir ayrılıqlarını aradan qaldırmaq, tərəfləri möhkəm və davamlı sülhün əldə olunması üçün iş­ləməyə təşviq etməkdir”. 

“Məqsəd NATO-nu bölgəyə gətirməkdir”

Dünyanın siyasi elitasının, beyin mərkəzlərinin planetdəki 10-a qədər gərginlik ocağında ən yaxın vaxtlarda proseslərin başlanacağını, qarşıdurma­ların yaranacağını proqnozlaşdırdığını deyən siyasi şərhçi Tofiq Abbasova görə, Qafqazda vəziyyət qəsdən gərgin­ləşdirilir: “Bu sırada turbulent zona kimi Cənubi Qafqazın da adı çəkilir. Bölgə­ni sülh prosesindən uzaqlaşdırıb buna sövq edənlərin kimlər olduğunu görürük. Məhz Qərb hazırda sülh danışıqlarına kölgə salmağa çalışır. Həmin dairələr yaxşı bilirlər ki, Bakı İrəvana sağlam bir paket təklif edib və bu, onların planları ilə üst-üstə düşmür. Burada çıxılmaz duruma düşən Nikol Paşinyandır. Ola bilsin ki, baş nazir ürəyinin dərinliyində Qərbin təkliflərinin dövlətinə və xalqı­na yaxşı heç nə vəd etmədiyini anlayır. O, həmin qüvvələrin Ermənistanı ciddi eskalasiyaya sürüdüklərini də görmə­miş deyil. Avropanın satılmış mediası­nın Azərbaycanın hücuma hazırlaşdığı barədə feyk-xəbərlər yayması da təsa­düfi sayıla bilməz. Nikol Paşinyan Brüs­selə gedənə qədər ölkənin Qərbdəki sə­firləri bir ağızdan deyirlər ki, Azərbaycan bu gün olmasa da, sabah Ermənistana hücum edəcək. Onlara sifarişi Fransa, ABŞ verir. Son vaxtlar Yunanıstan da canfəşanlığa başlayıb. Məqsədləri Cə­nubi Qafqaza yenidən müharibə kampa­niyasını gətirməkdir”. 

5 aprel tarixli Brüssel görüşündə NATO nümayəndələrinin də iştirakına, qurumun keçmiş rəhbəri Anders Foq Rasmussenin bölgəyə gözlənilən səfə­rinə diqqəti yönəldən T.Abbasov əsas məqsədin NATO-nun çəkməsini bölgəyə yerləşdirməkdən ibarət olduğuna əmin­liyini ifadə etdi: “ABŞ-ın elçisi qismində Fransa Cənubi Qafqazda sülhməramlı missiya adı altında casus və agentləri­ni yerləşdirib. Bəli, onlar bölgədə möv­cuddurlar. İndi də sırf hərbi kontingenti Ermənistana yeritməyə çalışırlar. Sonra da həm Rusiyaya, həm də İrana meydan oxumağa başlamaq istəyirlər. Onlara NATO üzvü olan, faktiki bölgəyə gəlmiş Türkiyənin deyil, özlərinin legionunun gətirilməsi sərf edir. Ermənistan sadə­cə platforma, aerodrom rolunu oynayır. Paşinyan isə bunlara şirniklənərək kür­süsünün laxladığını hiss eləmir. Qər­bin bölgəyə xoş məramla gəlmədiyi məlumdur. Parisin və Vaşinqtonun son hərəkətləri açıq göstərir ki, onlar Azər­baycanın böyük Qələbəsini həzm edə bilmirlər. İndiki mərhələdə Türkiyə, İran və Rusiyanın həmahəng fəaliyyətindən də çox şey asılıdır”. 

Bəli, nə ABŞ, nə də ermənipərəst Avropa ərazi bütövlüyünü, suverenlyi­ni bərpa etmiş Azərbaycanın gündən–günə güclənməsi ilə heç cür barışmaq istəmir, Qarabağda “Kosovo variantı”­nı gerçəkləşdirməyi hədəfləyirdi. Bu məqsədlə Azərbaycanda çirkli pullarla yaratdıqları informasiya şəbəkəsini də işə salmışdılar. Və bütün bunlar nəticə­siz qaldığından indi ölkəmizə qarşı açıq şəkildə hərbi planlar qurulur. Səlibçi düşərgənin 2023-cü il sentyabrın 20-dək Qarabağ ermənilərinin “üzləşdiyi hu­manitar fəlakət” bəhanəsi ilə ölkəmizə, dövlət başçımıza qarşı təzyiq kampani­yasının iflasa uğraması onlara yaman yer eləyib. 

Paşinyan növbəti qurban ola bilər

Vaşinqtonun xarici siyasət kursu­nu səciyyələndirən əsas amillərdən biri həm də ondan ibarətdir ki, dünyanın su­pergücü üçün daimi münasibətlər yox, daimi maraqlar mövcuddur. Birləşmiş Ştatların son iyirmi ildə Yaxın Şərqdə, Şərqi Avropada etdikləri bu prinsipin əyani sübutu sayılmalıdır. Mixail Saa­kaşvili “nümunəsi” isə göz qabağındadır. Nikol Paşinyanın Ağ evin bu prinsipinin növbəti qurbanına çevrilməyəcəyinə, gürcü Mişanın aqibətini yaşamayaca­ğına kim təminat verə bilər? Bəzi xarici ekspetlər Ermənistanın hazırki vəziy­yətini Suriya ilə müqayisə edirlər. On­lar hesab edirlər ki, Avropanın məqsədi Ermənistanın bütün resurslarını sovur­maq, onu bir növ anti-Rusiya məkanına çevirməkdir. Ermənistan, çox güman ki, onu məhv edəcək absurd ambisiyaları­na görə hətta Suriyadan da çətin vəziy­yətə düşə bilər.

Ermənistanın əli ilə bölgədə yeni münaqişə ocağını alovlandırmağı ar­zulayan ABŞ və Avropa əvvəllər də Er­mənistandan maşa kimi yararlanıblar. XX əsrin 80-ci illərinin sonunda məhz İrəvandan körükləndirilən “Dağlıq Qara­bağ” münaqişəsi SSRİ-yə qarşı dağıdıcı siyasətdə Qərbdəki erməni lobbisinin, onun Avropalı, okeanın o üzündəki müt­təfiqlərinin separatçı fəaliyyəti ilə müşa­yiət olunurdu. Ondan xeyli əvvəl, ötən əsrin əvvəlindəki “Vudro Vilson planı”­nın – “Böyük Ermənistan” ideyasının müəllifləri də eyni oyunçular idi. Üstün­dənn 100 il keçəndən sonra Ağ evin Er­mənistanla bağlı yeni planı ortaya atılır. “Böyük güclərin” qarşıdurmasında ba­şından böyük geosiyasi oyuna qoşulan, bununla da ülgüc üzərində yeriməyə məcbur edilən İrəvana, sadəcə, kəndir­bazlıq etmək qalır. 

İmran BƏDİRXANLI




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət

İmran BƏDİRXANLI