USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qazaxın 4 kəndi və fəlakətin zopası


https://img.baki-baku.az/news/2024/04/photo_12108.jpg

Müxtəlif sosial şəbəkə hesablarında Qazaxın dörd kəndini tərk etməli olan ermənilərin etiraz çıxışlarına dair videogörüntülər yayılır. Polislə qarşıdurma, hay-küy, “patriot”ların qara-qışqırıq­ları, İrəvanda oturub onlara dəstək verən buqələ­munların fitnə-fəsadları – bütün bunlar son dərə­cə rəzil səhnələrdir. 

Bəli, Ermənistan 44 günlük müharibədən sonra, sözün əsl mənasında, rəzil duruma düşüb. Əslində, erməni adlı varlığın, erməniliyin acı faciəsi yaşanır. Məsələyə insanlıq halı baxımından yanaşdıqda isə durumun dramatikliyini göstərən daha fərqli mətləb­ləri düşünürsən. İstər-istəməz, sual edirsən: bir millət niyə bu günə düşsün ki?

Cavablar çoxdur. Onları bəzən ayrı-ayrı ermənilə­rin yanaşmalarında da görmək mümkündür. Nəzərə alaq ki, hadisə və proseslərə konstruktivlik məcrasın­dan boylanan ermənilər də az deyil. Belələri baxış­larını özlərinin sosial şəbəkə hesablarında yayır, dü­şüncələrini bölüşürlər. Amma, nədənsə, səsləri saxta vətənpərvərlərin səslərinin yanında tam eşidilməz durumdadır, millətin ümumi ab-havasına təsir göstər­mək gücündən uzaqdırlar. 

Çünki xəstəlik erməni cəmiyyətinin canına-qanı­na o qədər dərin işləyib ki, ona əlac yoxmuş kimi görünür. Adını xatırlamadığım erməni ictimai xadim­lərindən birinin sözü idi ki, xəstəliyin candan çıxması üçün genefond yenilənməlidir. Həmin şəxs bir qədər də irəli gedərək, xalqın “formatlanması” baxımından kütləvi qırğının vacibliyini də bildirmişdi. Deməli, başqa əlac yoxdur, ifrat mütləqdir. Nə qədər qəddar görünsə də, gerçək durum budur. Obrazlı desək, reallıq ondan ibarətdir ki, hazırda erməni cəmiy­yəti özünü qaşınan buynuzunu çobanın çomağına sürtən keçi kimi aparır. Belə görünür, bu toplum 44 günlük müharibənin yaşatdığı acınacaqlı durumdan da ibrət götürməyib.

Hazırda Qazaxın dörd kəndinin Azərbaycana qay­tarılması fonundakı haray-həşir salmaq artıq mənasız səhnələrdir. Erməni toplumu, nəhayət, nəticə çıxar­malıdır ki, bir daha özgə torpaqlarına göz dikməsin, insan kimi mehriban qonşuluq şəraitində yaşamağı öyrənsin. Axı, ermənilərin azərbaycanlılarla normal ömür sürdükləri, xoş keçindikləri dövrlər də olub. Özü də yaxın keçmişdə. Olmazdımı ki, hər şey elə həmin keçmişdəki kimi qalaydı? Görünür olmazmış. Çünki sağalmaz xəstəlik bütün produktivliyi, həyat element­lərini sıradan çıxarır. 

Yaşlı nəslin nümayəndələri sabiq Sovet İttifaqı dönəmində ermənilərin Azərbaycanda yaşayışları­nı təsvir edəndə deyirdilər ki, Bakının mərkəzindəki bütün yaxşı evlər onların olub. Ən yaxşı vəzifələrdə ermənilər çalışıblar. Ancaq sonradan daha böyük iddialara qapılıb, yemək yedikləri qaba tüpürmək yo­lunu tutublar. Bununla bağlı ermənilərin özlərinin də etirafları var. 

Bir neçə il əvvəl, daha doğrusu, 44 günlük mü­haribədən əvvəl Tbilisidə onlardan biri ilə söhbət­ləşmişdim. Bildirdiklərini təəccüblə qarşılamışdım. O, təxminən belə demişdi: Bizim nəyimizə lazımdır Qarabağ?! Bakı əlimizdə idi, onu itirmişik. Sonra ardınca bunları da demişdi: Bakıda əsl dostumuzu, səmimi qonşumuzu, uşaqlığımızı, bizi həyata bağla­yan bütün dəyərləri qoyub çıxdıq. Onun dərdini içinə çəkərək ağır-ağır sual etməyi də yadımdan çıxmır: Nəyə görə? Hansı səbəbə?

Bəli, xəstə erməni cəmiyyəti indi də bilmir nəyə etiraz edir. Qazaxın kəndlərindən çıxmaq istəmir. Guya, evləri imiş, guya ki, doğma yurdlarından ay­rılmaq ağır gəlirmiş! Otuz ilə yaxın müddətdə dinc azərbaycanlıları doğma el-obalarından didərgin salıb qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur qoyan bir dövlətin vətəndaşı olduqlarını unudurlar, deyəsən. Unutmasınlar! Unutmasınlar ki, sonradan həmin dövlətdə vəzifə tutanlar hazırda Ermənistan adlanan ölkənin müxtəlif yerlərində tarix boyu ya­şamış bir türk toplumunun deportasiyasında iştirak ediblər. Xidmətlərinə görə mükafatlandırılıblar da. Bunu “başımıza gələn başlarına gəlməlidir” prinsipinə əsaslanıb demirik. Ancaq ilahi ədalət var! 

İstənilən ədalət üçün insan faktoru önəmlidir. İn­sanı rifaha daşımayan ədalətin gözü kordur. Bu gün ədalət erməni cəmiyyətinə münasibətdə özünün kor tərəfini işə salıb. Çünki Allahın da səbr kasasının daş­dığı anlar olur. Erməni toplumu özünün qövm təfək­kürünə “sadiqliyi ilə” iki yüz il ərzində bugünkü acı aqibətə doğru yön aldı. Hər cür naqisliyə, şərəfsizliyə yol verdi. Qurduğu xam xəyallar naminə qaniçənliyə, cəlladlığa haqq qazandırmaq formulları düşündü. Təəssüf ki, hazırkı erməni cəmiyyəti həmin cəllad və qaniçənlərin təfəkkürlərindəki mücərrədlikdə nəinki boğulur, hətta can verir. 

Bu gün Ermənistan cəmiyyətində yaşananlar, bütövlükdə, dünya erməniliyinin ağır tənəzzülündən xəbər verir. Durum özünü ən sərt reallıqlarla göstə­rir. Ancaq bir daha deyək ki, ondan nəticə çıxaranla­rı deyil, saxta vətənpərvər libası geymişləri görürük. İkincilərin ölkəni fəlakətə, dövləti uçuruma doğru sürüklədiyi də nəzərimizdən yayınmır. Qazaxın dörd kəndinin Azərbaycana qaytarılmasına etiraz səhnələ­rində də fəlakətin inamlı ayaq səsləri duyulmaqdadır. Nəzərə alaq ki, qaytarılmalı olan yalnız dörd kənd deyil. Deməli, erməni cəmiyyəti fəlakətin ayaq səs­lərindəki təpiyə də hamilə durumdadır. Hələ fəlakətin zopası da var.

Əvəz RÜSTƏMOV




Redaktorun seçimi

Revanşistlərin kürklərinə birə düşüb
  • Daxili siyasət
  • 10:17 04.05.2024
Revanşistlərin kürklərinə birə düşüb
Keşiş Baqratın hipnoz seansı
  • Daxili siyasət
  • 10:15 04.05.2024
Keşiş Baqratın hipnoz seansı
Ermənipərəst Konqresin “lobbi” epidemiyası
  • Daxili siyasət
  • 10:03 04.05.2024
Ermənipərəst Konqresin “lobbi” epidemiyası
İrəvan piramidasında legitimlik düsturu
  • Daxili siyasət
  • 14:04 03.05.2024
İrəvan piramidasında legitimlik düsturu
Tbilisi Qərbin təhdid hədəfində
  • Dünya
  • 13:46 03.05.2024
Tbilisi Qərbin təhdid hədəfində

Əvəz RÜSTƏMOV