USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İndi də üstümüzə Makron gəlir...

Bu yol onu “Gələrsən, görərsən” qalasına aparır


https://img.baki-baku.az/news/2024/04/photo_12111.jpg

Gələr və görər ki, bura Afrika deyil və onun atı bu yerlərdə tez büdrəyər. Gələr və görər ki, ondan qabaq gələn “hay bacıları” bu torpaqlardan necə gediblər. Hələ də peşmandırlar və yenə də peşman olacaqlar. Fransada­kı prezident seçkiləri başa çatandan sonra Emmanuel Makron da elə haylar kimi öz qələtlərinə (“qələt” ermənilə­rin dostu olan farsların dilində səhv deməkdir) görə peşman olacaq. Belə qələtlər Makronun fəaliyyətində nə qə­dər desən, var və olacaq. Çünki onun fransız xalqının adına ləkə olan “siyasi fəaliyyəti” hələ davam edir.

... Son zamanlar həm siyasətçilər, həm də ekspertlər tez-tez təkrar edirlər ki, Qərb Cənubi Qafqazdakı maraqlarını təmin etmək üstün Ermənistandan alət kimi istifadə edir. Bu, həqiqətdir. Həm də hamının bildiyi və iri şriftlərlə yazıla­sı HƏQİQƏT. Ancaq ortada başqa bir həqiqət də var və təəssüf ki, onu yada salmaq istəyən yoxdur. 

Söhbət ondan gedir ki, Qərbdəki er­məni lobbisi və diaspor təşkilatları məhz prezident Emmanuel Makrondan alət kimi istifadə edirlər. Makron, sözün həqiqi mənasında, Avropadakı “erməni elitası”­nın əlində “maşa”ya çevrilib. Bəli, başqa alətə yox, məhz “maşa”ya. Çünki ermə­nilər yenə də Qafqazda odla oynayır, yeni münaqişə ocaqlarını alovlandırma­ğa çalışırlar. Ona görə də Yelisey sarayı­na indi başqa alət yox, bilavasitə “maşa” lazımdır ki, onu da ermənilərin simasında tapıblar. Fikrimizcə, uğurlu tapıntıdır. 

Qərəz, indiki prezident Emmanuel Makron sabiq prezidentlər Fransua Mit­teran və Fransua Ollandın bu ölkənin sabahı üçün atdıqları bütün müsbət ad­dımları ayaq altına salaraq tapdalamaq­da davam edir. Həqiqətən, uzaqgörən siyasətçi olan həmin liderlər Azərbaycan­la münasibətləri ona görə korlamaq istə­mirdilər ki, onlar SSRİ-nin çökməsindən sonra öz dövlət müstəqilliyini bərpa etmiş bu ölkənin sürətlə inkişaf edəcəyinə ina­nırdılar. Buna əsasları da var idi. Azər­baycanın geosiyasi imkanlarından ( yer­ləşdiyi coğrafi məkan) da xəbərdar idilər, təbii sərvətlərindən də, Türk dünyasın­dakı mövqeyindən də, İslam ölkələri ara­sındakı nüfuzundan da. Üstəlik, bilirdilər ki, bu xalqın SSRİ rəhbərliyində çalışmış lideri var və həmin lider Kremlin gözünün qabağında Mixail Qorbaçovu 20 Yanvar qırğınına görə cinayətkar adlandırmışdı. Mitteran və Olland bu həqiqətləri anlayır­dılar. Makron isə belə təfəkkürdən məh­rum olduğuna görə Azərbaycanın üstünə at sürür. Qoy sürsün! 

Xatırladaq ki, Fransa Azərbayca­nın müstəqilliyini 3 yanvar 1992-ci ildə – yəni müstəqillik aktımızdan heç 3 ay keçməmiş tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər isə 21 fevral 1992-ci ildə qurulub. 16 mart 1992-ci ildə Fransa Azərbaycanda, Azərbaycan isə 20 oktyabr 1994-cü ildə Fransada səfirliyini açıb. Bu faktlar göstərir ki, iki ölkə arasındakı siyasi-diplomatik mü­nasibətlər sivil dostluq və əməkdaşlıq prinsipləri əsasında qurulmuşdu. Yeri gəlmişkən, Prezident İlham Əliyev də bir neçə dəfə bu faktları xatırlatmışdır. “Erməni əsiri” olan Makron isə Azərbay­canla münasibətdə heç bir sivil normaya istinad etmədi. Yəni musiqini (Cənubi Qafqazdakı vəziyyətə müdaxiləni) pul verənlər ( erməni lobbisi və hay diaspo­ru) sifariş edirlər. Makron da məhz hə­min musiqiyə oynayır. 

Başqa bir faktı yada salaq. Azər­baycan Prezidenti Heydər Əliyev dövlət başçısı seçiləndən sonra xaricə ilk rəsmi səfərini 19–22 dekabr 1993-cü ildə həm­karı Fransua Mitteranın dəvəti ilə Fran­saya etmişdi. Həmin səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıq imkanla­rının müzakirəsi zamanı Azərbaycan torpağında gedən müharibə və Qara­bağ məsələsinə də geniş yer verilmişdi. Fransua Mitteran bildirmişdi ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır və onu dəstəkləyir: “Əmin ola bilərsiniz ki, ehtiyac duyduğumuz sülhün tezliklə bərqərar olmasında Fransa sizinlə yana­şı olacaq. İkitərəfli müqaviləmiz də buna sübutdur. Bu sənəd Fransa – Azərbay­can münasibətlərinin inkişafında mühüm mərhələ olacaq. Çünki o, həm ikitərəfli, həm də çoxtərəfli gələcək əməkdaşlığı­mızın çərçivəsini müəyyənləşdirir. Biz siyasi, iqtisadi, mədəni və elmi-texniki sahələrdə, habelə təhlükəsizliyin tə­min olunması işində əməkdaşlıq etməyi nəzərdə tuturuq”.

Bəs Fransanın bugünkü prezidenti neyləyir? O, Cənubi Qafqazda sönmək­də olan münaqişənin yenidən alovlan­dırılması üçün Yelisey sarayının bütün imkanlarından istifadə edir. Elə bil, hə­min saray ona atasından miras qalıb. Fransua Mitteran demişdi ki, biz “həm ikitərəfli, həm də çoxtərəfli gələcək əməkdaşlığımızın çərçivəsini müəyyən­ləşdirmişik”. Makron isə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq məsələlə­rində Azərbaycana qarşı tələ qurmaqda davam edir və bütün məsələlərdə uduzur. Mitteran Azərbaycanla təhlükəsizliyin tə­min olunması işində əməkdaşlıq etməyi üstün tuturdu. Makron isə Azərbaycana təhlükə yaratmaqdan ötrü dəridən-qabıq­dan çıxır. 

Əlimizdə olan materialda oxuyuruq ki, Azərbaycan Prezidenti Heydər Əliyev 1994–1997-ci illərdə dörd dəfə Fransa­ya səfər etmişdir. Ümummilli liderimiz 9 may 1995-ci ildə faşizm üzərində qələ­bənin 50 illiyinə həsr olunmuş bayram tədbirlərində, 1995-ci ilin dekabrında Pa­risdə keçirilmiş “Azərbaycanın investisiya imkanları” mövzulu beynəlxalq konfrans­da, 10-11 yanvar 1996-cı ildə Prezident Fransua Mitteranın dəfn mərasimində iş­tirak etmiş, nəhayət, 13-15 yanvar 1997-ci ildə ikinci rəsmi səfəri zamanı Fransa­da olmuşdu. 

Təkrar edirəm ki, bu faktları “əlimiz­də olan” materialda oxuyuruq. Gözü­müzün qabağında olan faktlar isə ondan ibarətdir ki, Emmanuel Makron dövlət başçısı seçiləndən sonra nəinki dörd və ya on dörd, hətta bəlkə də yüz dörd dəfə Azərbaycana qarşı məkrli planlar, bir çox hallarda isə tələlər qurmağa çalışmışdır. Qoy olsun. Amma anlasın ki, onun atı Cənubi Qafqazda getməyəcək. Nalları tökülüb qayıdacaq. Bunu biz də görəcə­yik, ermənilər də, fransızlar da. 

İ.MİRZƏBƏYLİ




Redaktorun seçimi

Revanşistlərin kürklərinə birə düşüb
  • Daxili siyasət
  • 10:17 04.05.2024
Revanşistlərin kürklərinə birə düşüb
Keşiş Baqratın hipnoz seansı
  • Daxili siyasət
  • 10:15 04.05.2024
Keşiş Baqratın hipnoz seansı
Ermənipərəst Konqresin “lobbi” epidemiyası
  • Daxili siyasət
  • 10:03 04.05.2024
Ermənipərəst Konqresin “lobbi” epidemiyası
İrəvan piramidasında legitimlik düsturu
  • Daxili siyasət
  • 14:04 03.05.2024
İrəvan piramidasında legitimlik düsturu
Tbilisi Qərbin təhdid hədəfində
  • Dünya
  • 13:46 03.05.2024
Tbilisi Qərbin təhdid hədəfində

İttifaq MİRZƏBƏYLİ